15 
Sen
2021
17:48
416
20
3051
Virtual karabakh

Mahir Emrelinin olduğu banner Moskvanın mərkəzində

15 Sen, 2021
17:48
3051

Mahir Emrelinin olduğu banner Moskvanın mərkəzində

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Avropa Liqasında qrup mərhələsinə start veriləcək.

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi  Polşanın “Leqiya” klubu Rusiya paytaxtında “Spartak”ın qonağı olacaq. 

Oyundan öncə baş verən maraqlı bir məqam isə “Leqiya”nın Moskvadakı böyük ticarət mərkəzinin reklam fasadına öz futbolçularının rəsmləri olan “Moskvalılar artıq bilir ki, biz qayıtmışıq. Axşamın xeyir, Moskva” yazılı banneri yerləşdirməsidir.

Bununla da polşalılar 2011-ci ildə “Spartak”ı Avropa Liqasında mübarizədən kənarlaşdırdıqları oyunu yada salıblar.

Digər bir maraqlı məqam isə, həmin bannerdə azərbaycanlı futbolçu Mahir Emrelinin də fotosunun yer almasıdır.

Qeyd edək ki, “Spartak” və “Legiya” arasında keçiriləcək oyun Bakı vaxtı ilə saat 18:45-də başlayacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri