15 
Sen
2021
17:27
237
25
2971
Virtual karabakh

Qurban Qurbanov: “Yorğunluğu əsas gətirə bilmərik” - FOTO

15 Sen, 2021
17:27
2971

Qurban Qurbanov: “Yorğunluğu əsas gətirə bilmərik” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Sabah qrup mərhələsində ilk oyunumuza çıxacağıq. “Bazel” kimi komandaya qarşı oynamaq maraqlı olacaq. İsveçrədə klub futbolu inkişaf edib. Dünən “Yanq Boyz”un Çempionlar Liqasında “Mançester Yunayted”ə qalib gəlməsi bunun göstəricisidir".

Oxu.Az-ın xəbərinə görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

“Ümumiyyətlə, bu komanda çox dinamik futbol oynayır. Müdafiədən hücuma tez çıxa bilir. Hər bir halda bizim bir olmağımız lazımdır. Fərdi olaraq Artur Kabral kimi oyunçuları cərimə meydançası daxilində təhlükəlidir. Ancaq onu zərərsizləşdirmək üçün öz tapşırıqlarımızı verəcəyik”, - deyə Qurbanov bildirib.

O, İsveçrənin “Bazel” klubu ilə Avropa Konfrans Liqasının qrup mərhələsindəki oyunu barədə fikirlərini bildirərkən digər məqamlara toxunub:

“Biz sabah səhər də məşq keçəcəyik. Yorğunluğu əsas gətirə bilmərik. İllərdir ki, qrup mərhələsində çıxış edirik. Bu gün bəzi zədəsi olan futbolçularımız komanda ilə fərdi şəkildə məşq edəcək. Sabahdan onlar da komandaya qoşulacaq.

İbrahima Vadji “Neftçi” ilə oyunda yaxşı çıxış etdi. Onun fiziki gücü, sürəti, qol vurmağından razıyam. Amma biz çalışacağıq ki, o digər çatışmayan cəhətlərini də arxada qoysun. Hər bir futbolçu ilə bu yöndə fərdi şəkildə söhbət edirik”.

Qeyd edək ki, Avropa Konfrans Liqasının “Qarabağ” – “Bazel” oyunu sabah saat 20:45-də başlayacaq.

Səbuhi Musayev

FOTO: Firudin Səlimov

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri