16 
Sen
2021
20:26
449
22
6023
Virtual karabakh

Paralimpiya çempionu Lamiyə Vəliyeva: “Birinci atam mənə zəng vurdu. Hönkür-hönkür ağlayırdı...” - FOTO

16 Sen, 2021
20:26
6023

Paralimpiya çempionu Lamiyə Vəliyeva: “Birinci atam mənə zəng vurdu. Hönkür-hönkür ağlayırdı...” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Lamiyə Vəliyeva, Tokio 2020 Yay Paralimpiya Oyunlarının qalibi, gümüş mükafatçısı və eyni zamanda rekordçusu olan on doqquz yaşlı bir idmançıdır. O, öz qələbəsinə sonadək inanmasa da, bu günə qədər heyranlıq dolu xoş sözlər eşitməkdə davam edir.

Media.Az-la söhbət edən Olimpiya çempionu turnirdəki qələbəsindən sonra həyatının necə dəyişdiyini anladıb.

“İndi bu barədə nəsə demək çətindir, hələ bu yaxınlarda qayıtmışam. Ancaq əminliklə deyə bilərəm ki, özümü daha inamlı hiss etməyə başlamışam. Bir də ki,  artıq jurnalistlərlə daha tez-tez görüşürəm”, - deyə Lamiyə gülümsəyərək qeyd edib.

İdmançı valideynlərinin ona necə azarkeşlik etdiyindən də danışıb və “Vətənə xidmətə görə” medalı ilə təltif olunduğuna görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

“Düzünü desəm, anam çox narahat olduğu üçün yarışlarımı izləmirdi, lakin dayanmadan dua edirdi. Babam, nənəm, bibim və bütün qohumlarım isə hər yarışımı izləyib mənə azarkeşlik edirdilər. Buna görə onlara çox minnətdaram. Birinci atam mənə zəng vurdu. Hönkür-hönkür ağlayırdı. Mənimlə qürur duyduğunu və belə bir qızının olduğuna görə son dərəcə xoşbəxt olduğunu söylədi. Bu sözlər və atanın sevinc göz yaşları, əlbəttə ki, çox dəyərlidir. O an valideynlərimin məni nə qədər çox sevdiyini anladım.

“Vətənə xidmətə görə” medalı ilə təltif olunmağımı da mənə atam bildirdi. Bu mükafatın əhəmiyyətini də izah etdi. 19 yaşında bir qız üçün belə bir mükafatı almaq mənim üçün böyük qürurdur. Məni bu şərəfə layiq gördüyü üçün Prezident İlham Əliyevə minnətdarlığımı bildirmək istəyirəm”, - deyə Lamiyə bildirib.   

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri