17 
Sen
2021
00:06
313
15
4964
Virtual karabakh

“Bazel”in baş məşqçisi: “Qarabağ”la oyunda qapıya 20-25 metrdən artıq yaxınlaşa bilmirdik”

17 Sen, 2021
00:06
4964

“Bazel”in baş məşqçisi: “Qarabağ”la oyunda qapıya 20-25 metrdən artıq yaxınlaşa bilmirdik”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İntensiv oyun izlədik. Bunu gözləyirdik. Eyni səviyyəli komandalar oynadı. Üstünlük “Qarabağ”da idi. Yüksək pressinq edirdilər. İkinci hissədə isə təzyiqi daha da artırdılar. Son dəqiqələrdə Ramil Şeydayevin başla vurduğu zərbə zamanı bəxtimiz gətirdi. “Qarabağ” öz potensialını göstərdi”.

Oxu.Az xəbər verir ki, bunu Avropa Konfrans Liqasının qrup mərhələsinin I turunda keçirilən “Qarabağ” – “Bazel” (0:0) oyunundan sonra təşkil edilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Patrik Rahmen deyib.

“Oyunu nəzərə alanda 1 xal qazandıq. Üstünlük “Qarabağ”da idi. Bizim də şanslarımız olub. Amma hücumlarımızın sonu yox idi. Rəqib qapısına yaxınlaşmaq çətin olurdu. Qapıya 20-25 metrdən artıq yaxınlaşa bilmirdik. Belə olsa, qrupdan çıxa bilməyəcəyik.

“Qarabağ” çox güclü rəqibdir. “Kayrat”la bağlı kifayət qədər məlumatım yoxduf. Necə oynadıqlarını tam bilmirəm. “Omoniya”ya qarşı səfərdə oynamaq çətindir. “Qarabağ”a hörmətlə yanaşıram. 7 ildir qruplardadırlar, Çempionlar Liqasında oynayıblar”, - deyə P.Rahmen bildirib.

Xatərladaq ki, “Qarabağ” bu gün Avropa Konfrans Liqasının qrup mərhələsində İsveçrənin “Bazel” komandası ilə qarşılaşıb. Bakı Olimpiya Stadionunda keçirilən görüş qolsuz heç-heçə ilə başa çatıb.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri