17 
Sen
2021
12:14
234
16
3994
Virtual karabakh

Azərbaycanlı “Çingiz xan”ın karyerasında ən vacib döyüş: Rəqib “Dağıstan aslanı”dır - FOTO/VİDEO

17 Sen, 2021
12:14
3994

Azərbaycanlı “Çingiz xan”ın karyerasında ən vacib döyüş: Rəqib “Dağıstan aslanı”dır - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Rusiyanın “AMC Fight Nights” turnirinin yüngül çəkidə kəmərinin sahibi Nəriman Abbasov karyerasının ən vacib döyüşünə çıxacaq.

Oxu.Az-ın xəbərinə görə, “Çingiz xan” ləqəbli azərbaycanlı Həbib Nurməhəmmədova məxsus olan EFC turnirinin icraçı prezidenti Şamil Zavurovla döyüşəcək.

Bu görüş Rusiyanın paytaxtı Moskvada keçiriləcək. Nəriman Abbasov bu anadək son 11 döyüşdə məğlubedilməz olub. Həbib Nurməhəmmədovun yeznəsi olan Şamil Zavurov isə idmançı karyerasının son döyüşünü Nərimana qarşı keçirəcək. “Dağıstan aslanı” adlandırılan 37 yaşlı Zavurov son 5 görüşündə məğlubedilməzdir.

Qeyd edək ki, bu görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Görüş Rusiyanın “Matç TV” telekanalı vasitəsilə göstəriləcək. Turnir Həbib Nurməhəmmədovun mərhum atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr olunacaq.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri