17 
Sen
2021
13:16
163
19
4022
Virtual karabakh

UEFA-nın sponsorunun adı Bakıda reklam lövhəsindən çıxarıldı - SƏBƏB + FOTO

17 Sen, 2021
13:16
4022

UEFA-nın sponsorunun adı Bakıda reklam lövhəsindən çıxarıldı - SƏBƏB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycanda başqa mərc şirkətlərinin reklamı qadağan olduğundan, “Bwin” şirkətinin loqosunu mətbuat konfransındakı bannerdən çıxartdırdıq. Bununla bağlı bu oyuna ezam olunmuş UEFA nümayəndəsinə müraciət etdik və bu, müsbət qarşılandı. UEFA insanların dini baxışlarına, ölkənin qoyduğu qayda-qanunlara hörmətlə yanaşır. Həmin hörmət əlaməti olaraq istəyimiz yerinə yetirildi”.

Bunu Oxu.Az-a “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə deyib.

O bildirib ki, bu bukmeyker şirkətinin adı tək bannerdən yox, həmçinin oyun zamanı reklam lövhəsindən də çıxarılıb:

“Stadionda sponsorların reklamlarının yayımlanması zamanı da “Bwin”in adı “play list”dən çıxarıldı”.

Qeyd edək ki, dünən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransına UEFA-nın sponsorlarından olan “Heiniken” pivə şüşələrinin masadan yığışdırılmasından sonra daxil olub.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri