17 
Sen
2021
13:30
15
59
1075
Virtual karabakh

“GLA League of Legends” turnirinin qalibi məlum oldu

“Gaming League Azerbaijan”ın təşkilatçılığı eləcə də Azərbaycan Kiber İdman Federasiyası, Gənclər və İdman nazirliyinin dəstəyi ilə “GLA League of Legends” turnirinin 3-cü seriyası keçirilib.

Ümumilikdə 8 komandanın iştirak etdiyi yarış 9 gün davam edib.

“Team First Blood” komandası “GLA League of Legends” turnirinin 3-cü seriyasının qalibi adını qazanıb. “Lets Go Baron Tofiq” adlı kollektiv ikinci yeri tutub. “Team Namiritz” ilk üçlüyü qapayıb.

Qeyd edək ki, 2019-cu ilə qədər olan statistikalara görə, 400 milyondan artıq insanın marağını qazanan kiberidman sahəsinin populyarlığı bu gün də artmaqdadır. Kiberidman 2022-ci ildə baş tutacaq 19-cu Asiya Oyunlarının proqramına sınaq kimi daxil edilib.

Azərbaycanda 2019-cu ildə yaranmış və kiberidman turnirləri həyata keçirən GLA bu günədək 40-dan çox kiberidman çempionatı təşkil edib. Kiberidman mədəniyyətini inkişaf etdirmək məqsədilə yaradılan bu liqanın prioritet məqsədləri Azərbaycanda beynəlxalq səviyyədə idman oyunlarının inkişaf etdirilməsi, həm yerli, həm də beynəlxalq tədbirlərin keçirilməsi üçün lazımi şəraitin yaradılmasıdır.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri