17 
Sen
2021
16:49
26
419
3319
Virtual karabakh

Növbəti “Formula-1” yarışı Bakıda nə vaxt keçiriləcək? - FOTO

17 Sen, 2021
16:49
3319

Növbəti “Formula-1” yarışı Bakıda nə vaxt keçiriləcək? - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Formula-1” üzrə yeni mövsümün – 2022-ci ilin ilkin təqvimi bəlli olub.

Oxu.Az xəbər verir ki, bu barədə “Formula-1” üzrə fransalı jurnalist Jo Savar məlumat verib.

Təqvimdə bu dəfə Almaniya və Türkiyə Qran Prisinin olmayacağı dəqiqləşib. Paytaxt Bakıda və Kanadanın Monreal şəhərində keçiriləcək yarışların nə vaxt olacağı qeyri-müəyyəndir. Belə ki, bir həftə ara ilə ardıcıl keçiriləcək bu iki yarış ya 12 iyunda, ya da 19 iyunda baş tutacaq.  

“Formula-1” üzrə 2022-ci il təqvimi:

20 mart – Bəhreyn

27 mart – Səudiyyə Ərəbistanı

10 aprel – Avstraliya

17 aprel – Çin

8 may – ABŞ

21 may – İspaniya

28 may – Monako

12/19 iyun – Kanada/AZƏRBAYCAN

3 iyul – Böyük Britaniya

17/24 iyul – Avstriya

24/31 iyul – Macarıstan

17/31 iyul – Fransa

28 avqust – Belçika

4 sentyabr – Niderland

11 sentyabr – İtaliya

25 sentyabr – Rusiya

9 oktyabr – Sinqapur

16 oktyabr – Yaponiya

30 oktyabr – Meksika

6 noyabr – ABŞ

20 noyabr – Braziliya

4/27 noyabr – BƏƏ

Qeyd edək ki, “Formula-1” üzrə cari mövsümkü yarış Bakıda iyunun 6-da baş tutub. Bu yarışın qalibi Avstriyanın “Red Bull” komandasının meksikalı pilotu Serxio Peres olub.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri