18 
Sen
2021
15:51
573
38
5166
Virtual karabakh

Həbib Nurməhəmmədov azərbaycanlı idmançını təbrik etdi - FOTO

18 Sen, 2021
15:51
5166

Həbib Nurməhəmmədov azərbaycanlı idmançını təbrik etdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Həbib Nurməhəmmədov azərbaycanlı MMA idmançısı Nəriman Abbasovu təbrik edib.

Oxu.Az-ın xəbərinə görə, o, yeznəsi Şamil Zavurovu dünən nokauta salan Nərimana nə vaxt lazım olsa, kömək edə biləcəyini bildirib:

“Nəriman Abbasovu səmimi qəlbdən təbrik edirəm, bu, idmandır və ən başlıcası hörmətdir. Sənə uğurlar arzulayıram, qardaş. Sən və komandanda olanlar çox layiqli insanlarsınız. Mənim köməyimə ehtiyacınız olarsa, hər zaman sizə kömək etməkdən məmnun olaram. Allah sizi qorusun”.

Qeyd edək ki, dünən Nəriman Abbasov karyerasının sonuncu döyüşünü keçirən Şamil Zavurovu elə birinci raundda nokauta salaraq kəmərə sahib çıxıb.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri