18 
Sen
2021
18:25
547
45
32128
Virtual karabakh

Nəriman Abbasovun Həbib Nurməhəmmədova müraciətinin səbəbi bilindi - VİDEO

18 Sen, 2021
18:25
32128

Nəriman Abbasovun Həbib Nurməhəmmədova müraciətinin səbəbi bilindi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Həbib Nurməhəmmədov Nərimana döyüşdən əvvəl söz vermişdi. Demişdi ki, əgər sən bu döyüşdə qalib olsan, mən sənə UFC-də çıxış etməyə kömək edəcəyəm”.

Bunu Oxu.Az-a azərbaycanlı MMA idmançısı Nəriman Abbasovun şəxsi məşqçisi Şəhriyar Abbasov deyib.

O, Nərimanın UFC-də çıxış edə bilməsi üçün Həbibin kömək edə biləcəyini bildirib:

“Bildiyiniz kimi, Həbib Nurməhəmmədovun UFC rəhbərliyi ilə münasibətləri yaxşıdır. Onun ora ilə əlaqələri qalmaqdadır. Ona görə Nəriman döyüşdən sonra Həbibə xatırlatma edərək “çemodanım hazırdır, səni gözləyirəm” dedi. Həbib də artıq paylaşdığı postunda bildirib ki, nə lazım olsa, Nərimana kömək etməyə hazırdır”.

Qeyd edək ki, Nəriman Abbasov Rusiyanın paytaxtı Moskvada Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr olunan EFC və “AMC Fight Nights” təşkilatlarının birgə keçirdiyi turnirdə Şamil Zavurova qalib gələrək dördüncü dəfə kəmərə sahib çıxıb.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri