19 
Sen
2021
12:08
37
418
11381
Virtual karabakh

Azərbaycan çempionu dəfn olundu - FOTO

19 Sen, 2021
12:08
11381

Azərbaycan çempionu dəfn olundu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çində doktorantura təhsili alan azərbaycanlı idmançı Sadiq Həsənov dəfn olunub.

Oxu.Az xəbər verir ki, onun cənazəsi bu gün Cəlilabad rayonunun Günəşli kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, S.Həsənov Bakı şəhərindəki yaşadığı evində xərçəng xəstəliyindən dünyasını dəyişib.

Sadiq Həsənağa oğlu Həsənov 1985-ci ildə Cəlilabad rayonunun Günəşli kəndində anadan olub. O, ilk ali təhsilini Sumqayıt Dövlət Universitetininin tarix fakültəsində alıb, sonradan Çinin Pekin İdman Universitetində dövlət hesabına magistr təhsilini davam etdirib.

S.Həsənov vəfat edənə qədər həmin universitetin doktorantı idi.

Bir neçə ay əvvəl səhhətində yaranan ciddi problemlər səbəbindən Azərbaycana qayıtmışdı və müalicə olunurdu.

Həkimlər onun xərçəng xəstəliyinə tutulduğunu bildirmişdi.

S.Həsənov Azərbaycanı dünyada təmsil edən idmançılardan biri idi. O, uzun illər idmanın kikboksinq, tayboks, uşu-sanda, qaydasız döyüş növləri ilə, bodibildinqlə məşğul olub və dəfələrlə ölkə çempionu olub, yüksək mükafatlar qazanıb.

Eyni zamanda, uşu üzrə Azərbaycan çempionatının qalibi olub. Dəfələrlə Çində Azərbaycanı bir neçə idman növləri üzrə layiqincə təmsil edib. Sadiq idmanla yanaşı paralel olaraq fitneslə də məşğuliyyətini davam etdirib. Çində dəfələrlə fitnes-model yarışlarının qalibi olub. Bundan əlavə, Çində döyüş səhnələrindən bəhs olunan onlarla filmdə oynamaq üçün dəvət alıb və müxtəlif obrazlar canlandırıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri