19 
Sen
2021
19:07
608
37
8492
Virtual karabakh

Ronaldu dayanmaq bilmir: Üç oyunda dörd qol – VİDEO

Bu gün Avropanın aparıcı çempionatlarında bir sıra maraqlı görüşlər keçirilir.

Onlardan bir çoxu gecə saatlarına təsadüf etsə dqə, bəziləri artıq başa çatıb.

Niderland birinciliyində “PSV Eyndhoven” ilə “Feyenord” qarşılaşması meydan sahibinin darmadağın olunmasıyla yadda qalıb. Belə ki, qonalar PSV-nin qapısından dörd cavabsız qol keçirib - 4:0.

İngiltərə Premyer Liqasında isə Kriştianu Ronaldu fırtınası əsməkdə davam edir.

“Mançester Yunayted”ə keçidindən sonra iştirak etdiyi hər oyunda qol vuran hüçumçu bu dəfə də “Vest Hem”ə qarşı fərqlənib. 36 yaşlı portuqaliyanın 35-ci dəqiqədə vurduğu qolda ofsayd şübhəsi olsa da, VAR hər şeyi öz yerinə qoyub və qol hesaba alınıb.

Beləliklə də, Ronaldu komandasının 2-1 hesablı üstünlüyülə bitən oyundakı qələbədə pay sahibi olub. Onu da qeyd edək ki, “Vest Hem” oyunun 90+5-ci dəqiqəsində bərabərlik şansını əldən verib. Mark Noble 11 metrlik cərimə zərbəsindən yararlana bilməyib.

Qeyd edək ki, Bakı vaxtilə saat 19:30-da “Totenhem” – “Çelsi”, 22:45-də PSJ – “Lion” və “Yuventus” – “Milan”, 23:00-da isə “Valensiya” – “Real” matçları start götürəcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri