20 
Sen
2021
02:30
216
8
1215
Virtual karabakh

Klublararası Avropa kuboku: “Vüqar Həşimov” komandası Moldova yığmasına böyük hesabla qalib gəlib

20 Sen, 2021
02:30
1215

Klublararası Avropa kuboku: “Vüqar Həşimov” komandası Moldova yığmasına böyük hesabla qalib gəlib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Makedoniyanın Struqa şəhərində kişi şahmatçılar arasında klublararası Avropa kuboku yarışı davam edir.

Turnirin ikinci turunun oyunları keçirilib. Yarışda Azərbaycanı təmsil edən “Vüqar Həşimov” klubu Moldovanın “Perfect” komandasına böyük hesabla (5,5:0,5) qalib gəlib.

Qeyd edək ki, komandamız birinci turda İrlandiyanın “Gonzaga” yığmasını 4,5:1,5 hesabı ilə məğlub edib.

Azərbaycanın digər qrossmeysterləri Şəhriyar Məmmədyarov yarışın reytinq favoriti olan Makedoniyanın “Alkaloid”, Nicat Abasov isə İspaniyanın “Silla” komandasını təmsil edir.

İkinci turda “Alkoloid” Sloveniyanın “Sloven Ruma” yığmasına 5,5:0,5, “Silla” isə Belçikanın “Schachfreunde Wirtzfeld” komandasına 5:1 hesabı ilə qalib gəliblər.

Qeyd edək ki, kişilərin yarışında 38 komanda mübarizə aparır.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri