20 
Sen
2021
11:24
227
13
2716
Virtual karabakh

Şəhriyar Abbasov: “Nəriman Şamilə uduzsaydı, idmanla vidalaşacaqdıq” - VİDEO

20 Sen, 2021
11:24
2716

Şəhriyar Abbasov: “Nəriman Şamilə uduzsaydı, idmanla vidalaşacaqdıq” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr olunmuş turnirdə yüngül çəkidə kəmər qazanan Nəriman Abbasov Vətənə qayıdıb.

Oxu.Az-ın xəbərinə görə, Nəriman Abbasovu onun yaxınları və idman ictimaiyyətinin nümayəndələri qarşılayıb.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun yeznəsi olan Şamil Zavurova ilk raundda qalib gələcəyini gözləmədiyini bildirib:

“Ona birinci raundda qalib gələcəyimi gözləmirdim. Amma qismət beləymiş ki, birinci raundda qalib gəldim”.

O, Həbib Nurməhəmmədova dediyi “çamadanım hazırdır, səndən cavab gözləyirik” cümləsi barədə də danışıb:

“UFC üçün çamadanım çoxdan hazırdır. Bir az dincəlim və özümə gəlim, bu barədə açıqlamalar olacaq”.

Nəriman Abbasovun şəxsi məşqçisi, “TT Fight” döyüş klubunun çalışdırıcısı Şəhriyar Abbasov da bu barədə danışıb:

“AMC Fight Nights” təşkilatının rəhbəri (Kamil Hacıyevi nəzərdə tutur – S.M.) dedi ki, Şamil Zavurovun qalib gələcəyinə inanıram. Baxmayaraq ki, Nəriman onun təşkilatı adından çıxış edirdi, rəqibə tərəf çıxırdı. Mən də demişdim ki, biz Şamilə uduzsaq, əşyalarımızı götürüb və zalımızı bağlayıb idmanla vidalaşırıq. Belə bir proqnoz vermişdim. Ona görə də bu, bizim üçün çox ciddi bir məsələ idi”.

Qeyd edək ki, “Çingiz xan” ləqəbli Nəriman Abbasov Şamil Zavurova qalib gəlməklə karyerasında məğlubiyyətsizlik seriyasını 12-yə çatdırıb. O, sonuncu dəfə 5 il əvvəl – 2016-cı ilin dekabrın 9-da Vladivostokda keçirilmiş döyüşdə rusiyalı Məhəmmədsayqid Əlibəyova uduzub.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri