20 
Sen
2021
14:35
33
108
2556
Virtual karabakh

Məktəbin direktoru: “Karantin qaydasını pozduğu üçün müəllimə töhmət verəcəyik”

20 Sen, 2021
14:35
2556

Məktəbin direktoru: “Karantin qaydasını pozduğu üçün müəllimə töhmət verəcəyik”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bu hadisədən mənim xəbərim olmayıb. Bunu o, öz izahatında da göstərib. Məni də Sumqayıt Şəhər Polis İdarəsinə çağırmışdılar. Mən də izahatımda bundan xəbərimin olmadığını göstərmişəm”.

Bunu Oxu.Az-a “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru Fuad Aslanov deyib.

Sumqayıt Şəhər Polis İdarəsi 12-ci mikrorayon ərazisindəki yaşayış binasının zirzəmisində fəaliyyət göstərən idman zalında karantin qaydalarının pozulması faktını aşkarlayıb. Orada 80-ə yaxın boksçunun iştirak etdiyi məlum olub.

Nəticədə “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Şahmat Məktəbinin boks müəllimi, Əməkdar məşqçi Anar Baxışov və şəhərin 11-ci mikrorayonunda fəaliyyət göstərən “Rafael” idman klubunun boks müəllimi Valeh Əliyev Sumqayıt polisi tərəfindən inzibati məsuliyyətə cəlb olunub.

Boks üzrə Olimpiya mükafatçısı olmuş Fuad Aslanov qaydaların pozulduğunu və məktəbin müəllimi Anar Baxışov barədə intizam tədbiri görəcəklərini bildirib:

“Əslində bu, yarış olmayıb. Sadəcə olaraq, dünən digər idman klubunun boksçuları ilə “sparrinq” görüş olub. Karantin qaydalarına zidd olaraq, çoxlu sayda idmançı orada iştirak edib.

Boks məşqçimiz özbaşına hərəkət edib. Mən də onun üçün bir tədbir görəcəyəm. Onun işdən çıxarılmasından söhbət getmir. Çünki Anar Baxışov Əməkdar məşqçidir, Avropa mükafatçısının müəllimidir. Sadəcə olaraq, məktəbin Pedaqoji Şurasında onun bu hərəkətini kafi qiymətləndirəcəyik və töhmət verəcəyik”.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri