20 
Sen
2021
17:21
27
397
5894
Virtual karabakh

Məşhur idman şərhçisi reanimasiyadadır: Süni tənəffüs aparatına qoşulub

20 Sen, 2021
17:21
5894

Məşhur idman şərhçisi reanimasiyadadır: Süni tənəffüs aparatına qoşulub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Koronavirusa yoluxan Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibinin müavini, tanınmış idman şərhçisi Elnur Əşrəfoğlunun son durumu açıqlanıb.

“Yeni Klinika”dan Oxu.Az-a verilən açıqlamada onun ağciyərlərinin 85 faizinin tutulduğu qeyd edilib.

Belə ki, E.Əşrəfoğlunun kəskin tənəffüs və böyrək çatışmazlığı müşahidə edilir:

“O, artıq dörd gün əvvəl "Yeni Klinika"nın reanimasiya şöbəsinə yerləşdirilib. Xəstədə kəskin tənəffüs çatışmazlığı, böyrək çatışmazlığı müşahidə edilir. Saturasiyası 70 faizdir. Ümumi vəziyyəti qənaətbəxş deyil”.

Elnur Əşrəfoğlu hazırda süni tənəffüs aparatının dəstəyindədir.

Qeyd edək ki, Elnur Əşrəfoğlu bu ayın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alan həmkarımız daha sonra “Yeni Klinika”ya köçürülüb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri