21 
Sen
2021
09:48
177
6
2711
Virtual karabakh

Renat Dadaşov Portuqaliya çempionatında qol hesabını açdı - VİDEO

21 Sen, 2021
09:48
2711

Renat Dadaşov Portuqaliya çempionatında qol hesabını açdı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan millisində oynamış Renat Dadaşov Portuqaliyada qol hesabını açıb.

Oxu.Az-ın xəbərinə görə, Portuqaliya Primeyra Liqasının VI turuna “Braqa” – “Tondela” görüşü ilə yekun vurulub.

“Tondela”da çıxış edən Renat meydana 79-cu dəqiqədə daxil olub. O, braziliyalı hücumçu Daniel dos Anjosu əvəzləyib.

Dadaşov meydana daxil olduqdan 7 dəqiqə sonra Portuqaliya çempionatında ilk qolunu vurub.

Bununla belə, “Tondela” güclü “Braqa” qarşısında 81, 84 və 90-cı dəqiqələrdə buraxdığı qollarla 1:3 hesabı ilə uduzub. Bununla da “Tondela” ardıcıl beşinci oyununda da meydanı xalsız tərk edib. Hazırda komanda 3 xalla 16-cıdır.

Qeyd edək ki, İngiltərənin “Vulverhempton” komandasından “Tondela”ya yay transfer pəncərəsində icarə əsasında keçən Renat Dadaşov yeni klubunun bütün görüşlərində iştirak edib. O, IV turda Portuqaliya çempionatının hazırkı lideri “Benfika”ya qarşı matç da daxil olmaqla, bütün matçlarda meydanda olub.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri