21 
Sen
2021
15:35
43
49
1862
Virtual karabakh

“İstiqlal” başlayır

21 Sen, 2021
15:35
1862

“İstiqlal” başlayır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Gaming League Azerbaijan”ın təşkilatçılığı, Azərbaycan Kiber İdman Federasiyası, Gənclər və İdman nazirliyinin dəstəyi ilə Valorant oyunu üzrə “İstiqlal” adlı turnir baş tutacaq. 

Reqlamentə əsasən 20 komandanın iştirak edəcəyi yarışda ölkəmizdə yaşayan Azərbaycan vətəndaşları iştirak edə bilər. Turnirdə 100-ə yaxın oyunçunun mübarizə aparacağı gözlənilir. 
Turnir sentyabrın 23-də start götürəcək və oktyabrın 8-də yekunlaşacaq. Oyunlar saat 19-00 başlayacaq. Yarışı “Glahub” “Twitch” kanalında izləmək mümkün olacaq.

Məlumat üçün bildirək ki, “Gaming League Azerbaijan” daim əlamətdar günlərə həsr olunan tədbirlər keçirib. GLA ötən il Azərbaycan ordusunun qələbəsinə həsr olunan “Xarı Bülbül” adlı beynəlxalq turnir təşkil edib.

Valorant oyunu ötən ilin yayında yaranıb və qısa müddətdə böyük populyarlıq qazanıb. Cari ilin avqustunda bu kiberidman növü üzrə keçirilən ilk beynəlxalq yarışın qalibi məhz Azərbaycan komandası GMTesports olub. Son illər ölkədə kiberidmana olan yüksək marağın nəticəsində komandaların sayı artır. Yeni yaranan klublardan biri “Fireland” adlanır.

Qeyd edək ki, Azərbaycanda 2019-cu ildə yaranmış və kiberidman turnirləri həyata keçirən GLA bu günədək 40-dan çox kiberidman çempionatı təşkil edib. Kiberidman mədəniyyətini inkişaf etdirmək məqsədilə yaradılan bu liqanın prioritet məqsədləri Azərbaycanda beynəlxalq səviyyədə idman oyunlarının inkişaf etdirilməsi, həm yerli, həm də beynəlxalq tədbirlərin keçirilməsi üçün lazımi şəraitin yaradılmasıdır.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri