22 
Sen
2021
22:11
540
18
7883
Virtual karabakh

Mahir Emreli Polşa kubokunda qol vurub, komandası mərhələ adlayıb - FOTO/VİDEO

22 Sen, 2021
22:11
7883

Mahir Emreli Polşa kubokunda qol vurub, komandası mərhələ adlayıb - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli komandamızın futbolçusu Mahir Emreli daha bir turnirdə qol hesabını açıb.

Oxu.Az xəbər verir ki, o, “Legiya”nın heyətində Polşa Kubokunda ilk qolunu vurub.

24 yaşlı hücumçu Polşanın II liqasında mübarizə aparan “Viqrı” komandası ilə oyunda meydana 57-ci dəqiqədə daxil olub. O, ilk qolu vuran hücumçu Kaçper Kostoşu əvəzləyib. Emreli 80-ci dəqiqədə matçda son nöqtəni qoyub – 3:1.

Bu qələbə sayəsində “Legiya” Polşa kubokunda 1/16 finala yüksəlib.

Qeyd edək ki, bu, Mahir Emrelinin “Legiya”dakı rəsmi matçlarda vurduğu 8-ci qoldur. O daha əvvəl Çempionlar Liqasında 2, Polşa Superkubokunda 1, Avropa Liqasında 3 və Polşa çempionatında 1 qol vurub.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri