23 
Sen
2021
00:10
257
20
2010
Virtual karabakh

Şəhriyar Məmmədyarov Maqnus Karlsenlə heç-heçə edib

23 Sen, 2021
00:10
2010

Şəhriyar Məmmədyarov Maqnus Karlsenlə heç-heçə edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Makedoniyanın Struqa şəhərində kişi şahmatçılar arasında klublararası Avropa kuboku yarışının V turunun oyunları keçirilib.

Qrossmeysterimiz Şəhriyar Məmmədyarov V turda dünya çempionu Maqnus Karlsenlə mübarizə aparıb. Qarşılaşma heç-heçə ilə başa çatıb. Qeyd edək k, Ş.Məmmədyarovun yer aldığı Makedoniyanın “Alkaloid” komandası bu turda Norveçin “Offerspill Chess Club”ını 5,5:0,5 hesabı ilə məğlub edib.

Qrossmeysterlərimizdən Nicat Abasovun təmsil olunduğu İspaniyanın “Silla” komandasının isə İsrailin “Beer Şeva” təmsilçisi ilə qarşılaşması heç-heçə başa çatıb.

Qeyd edək ki, Azərbaycanı Avropa kuboku yarışında təmsil edən “Vüqar Həşimov” komandası V turda Fransanın “Asnieres Le Grand Echiquier” yığması üzərində 5,5:0,5 hesablı qələbə qazanıb. Aktivində 7 xal olan komandamız 13-cü pillədən 8-ə yüksəlib. “Silla” 9 xalla liderlər qrupunda mübarizə aparır. “Alkaloid” isə 8 xalla 4-cü yerdədir.

Xatırladaq ki, kişilərin yarışında 38 komanda mübarizə aparır.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri