23 
Sen
2021
21:07
430
17
4965
Virtual karabakh

“Barselona” 17 yaşlı türk futbolçunu transfer etdi – FOTO/VİDEO

23 Sen, 2021
21:07
4965

“Barselona” 17 yaşlı türk futbolçunu transfer etdi – FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İspaniyanın “Barselona” klubu Türkiyə Super Liqasında çıxış edən “Kayserispor”un 17 yaşlı yarımmüdafiəçisi Əmrə Dəmirlə müqavilə imzalayıb.

Gənc oyunçu cari mövsümü Türkiyədə başa vuracaq. Növbəti mövsümdən isə kataloniya klubuna qatılacaq.

“Barselona”dan verilən məlumata görə, yarımmüdafiəçinin transferi üçün “Kayserispor”a 2 milyon avro və üstəgəl bonuslar ödəniləcək. Onun komandada 2027-ci ildək çıxış etməsi nəzərdə tutulub. Futbolçunun sərbəst qalma qiyməti isə 400 milyon avro olaraq müəyyən edilib.

 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri