24 
Sen
2021
10:56
40
131
4204
Virtual karabakh

Hidayət Heydərov sevimli çəkisinə qayıtdı

24 Sen, 2021
10:56
4204

Hidayət Heydərov sevimli çəkisinə qayıtdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə Tokio Olimpiadasından sonra cüdo üzrə ilk yarış keçiriləcək.

Oxu.Az xəbər verir ki, Zaqreb Qran Prisində Azərbaycanı cəmi iki idmançı təmsil edəcək.

Bunlardan biri Rüstəm Orucova görə 81 kq çəki dərəcəsində mübarizə aparmış Hidayət Heydərov və Tokio Olimpiadasının iştirakçısı Məmmədəli Mehdiyevdir. Hidayət yenidən öz sevimli 73 kq çəki dərəcəsində yarışacaq.

73 kq. Hidayət Heydərov – Yehonatan Elbaz (İsrail)

90 kq. Məmmədəli Mehdiyev – Sebastian Oldak (Polşa)/Vitali Şepel (Ukrayna)

Qeyd edək ki, sentyabrın 26-dək davam edəcək Zaqreb Qran Prisinə çox ölkə qatılmayacaq. Yarışda 35 ölkədən 243 idmançı (143 kişi, 100 qadın) iştirak edəcək.

Hidayət Heydərov sabah, Məmmədəli Mehdiyev birisigün mübarizəyə qoşulacaq.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri