24 
Sen
2021
12:56
142
29
2072
Virtual karabakh

Boks üzrə 12 qat dünya çempionu Maqnus Karlsenlə şahmat oynayacaq - FOTO

24 Sen, 2021
12:56
2072

Boks üzrə 12 qat dünya çempionu Maqnus Karlsenlə şahmat oynayacaq - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünyanın bütün dövrlərinin ən məşhur peşəkar boksçularından sayılan, 12 qat dünya çempionu filippinli Mani Pakyao 10 yaşlı Maqnus Karlsenlə şahmat oynayacaq.

Oxu.Az xəbər verir ki, 2016-cı ildən Filippinin senatoru da olan 42 yaşlı “PakMan” ləqəbli Pakyao şahmat üzrə norveçli dünya çempionu Karlsenin 10 yaşda olarkən etdiyi gedişlərdən qurulmuş tətbiqində yarışacaq.

Pakyao oktyabrın 1-də keçiriləcək yarış vasitəsilə “Asiyaya nifrətini durdur” kampaniyası başladıb. O buradan 5 min dollar qazanaraq özünün yaratdığı xeyriyyə fondu vasitəsilə bu pulu xərcləyəcək. Əgər Pakyao qalıb gəlsə, əlavə 50 min dollar əldə edəcək.

Maqnus Karlsen özü bu yarış barədə danışıb: “Əfsanəvi Mani Pakyaonun “Play Magnus” tətbiqində 10 yaşlı bir uşağa qarşı necə yarışacağını səbirsizliklə gözləyirəm. Düzdür, o vaxt dünya çempionu deyildim. Amma artıq gözəl oynamağa başlamışdım. Ona görə də rəqibə çətin olacaq!”

Qeyd edək ki, indiyədək heç bir məşhur sima “Play Magnus” tətbiqində Karlseni məğlub edə bilməyib. Ən uzun yarışan 49 gediş edə bilib.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri