25 
Sen
2021
10:54
96
15
2683
Virtual karabakh

Həftə sonunun ən maraqlı futbol qarşılaşmaları - AFİŞA

Həftə sonu futbol azarkeşlərini bir-birindən maraqlı futbol qarşılaşmaları gözləyir.

Bu gün Bakı vaxtı ilə 15:30-da İngiltərə Premyer Liqasının mərkəzi qarşılaşması baş tutacaq. Ötən il Çempionlar Liqasının kubokunu baş üzərinə qaldıran “Çelsi” öz meydanında İngiltərə Premyer Liqasının 2020/2021 mövsümünün qalibi “Mançester Siti” ilə üz-üzə gələcək. Hazırda London klubu 13 xalla liderdir, “Mançester Siti” isə 10 xalla 5-ci yerdə qərarlaşıb. 

Sabah da İngiltərə Premyer Liqasında prinsipial qarşılaşma baş tutacaq. Son vaxtlar fanatlarını məyus edən “Arsenal” klubu doğma meydanda “Tottenhem” ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə 19:30-da başlayacaq. 

Bu gün Almaniya çempionatında da maraqlı oyun olacaq. 10 xalla 4-cü və 5-ci yerdə qərarlaşan “Bayer Leverkuzen” və “Mayns” üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə 17:30-da başlayacaq. 

Fransa liqasında isə sabah mərkəzi qarşılaşma “Marsel” və “Lens” kollektivləri arasında olacaq. Oyun Bakı vaxtı ilə 22:45-də başlanacaq. 14 xala malik “Marsel” ikinci yerdə qərarlaşıb, bir oyun az keçirib və liderdən onu 7 xal ayırır. “Lens” isə 12 xalla dördüncü yerdədir və üçüncü yerdə qərarlaşan “Anje” ilə eyni xala malikdir. 

İtaliya A seriyasında bu günün mərkəzi matçı “İnter” və “Atalanta” klubları arasında olacaq. Qarşılaşma Bakı vaxtı ilə 20:00-da start götürəcək. Çempionatda “İnter” 13 xalla ikinci, “Atalanta” isə 10 xalla beşinci yerdə qərarlaşıb. 

Sabah isə Bakı vaxtı ilə 22:45-də “Roma” – “Latsio” qarşılaşmasının start fiti səsləndiriləcək. 12 xala malik “Roma” 4-cü yerdə qərarlaşıb və onu liderdən 3 xal ayırır. Yeddinci yerdə qərarlaşana “Latsio” isə “Roma”dan 4 xal geridədir. 

İspaniya La Liqasında da bu gün maraqlı qarşılaşma olacaq. “Real Madrid” klubu doğma meydanda “Vilyareal”ı sınağa çəkəcək. Qarşılaşma Bakı vaxtı ilə 23:00-da başlayacaq. 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri