25 
Sen
2021
17:31
395
18
3589
Virtual karabakh

“Qarabağ” meydana hərbi geyimdə çıxdı - FOTO

25 Sen, 2021
17:31
3589

“Qarabağ” meydana hərbi geyimdə çıxdı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbol üzrə Azərbaycan Premyer Liqasında V turun “Keşlə” - “Qarabağ” oyununda Vətən müharibəsinin ildönümü yad edilib.

Bu barədə “Qarabağ” futbol klubunun “Facebook” rəsmi səhifəsində paylaşılıb.

Qeyd edilib ki, qonaq komanda meydana hərbi geyimdə çıxıb.

Həmçinin futbolçular üzərində “Qəhrəmanları olan Vətənin bayrağı enməz” şüarı yazılmış pankart açıblar.

Daha sonra Dövlət Himni səsləndirilib. Start fitindən öncə isə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Qeyd edək ki, hazırda görüşdə ilk hissə oynanılır və “Qarabağ” 1:0 hesabı ilə öndədir.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri