25 
Sen
2021
17:54
39
137
3037
Virtual karabakh

“Çelsi” və “Mançester Yunayted” büdrədi - VİDEO

Bu gün İngiltərə Premyer Liqasının altıncı turuna start verilib.

Oxu.Az xəbər verir ki, ilk oyun “Çelsi” və “Mançester Siti” klubları arasında olub.

Qarşılaşmada “zadəganlar” doğma meydanda 0-1 hesabı ilə məğlub olub. Oyunda yeganə qolu 53-cü dəqiqədə Qabriel Xesus vurub. Bu qələbə ilə “şəhərlilər” ikinci pilləyə yüksəlib. “Mançester Siti” ilə eyni xala malik olsa da, top fərqinə görə “Çelsi” üçüncü pillədə qərarlaşıb.

Turun ikinci oyunu “Mançester Yunayted” ilə “Aston Villa” kollektivləri arasında olub. Oyunda qonaqlar gözlənilmədən qələbə qazanıb: 1:0. Qarşılaşmada yeganə qolu 88-ci dəqiqədə Kortni Haus vurub. “Qırmızı şeytanlar”ın heyətində Bruno Fernandes oyunun əsas vaxtına əlavə olunmuş üçüncü dəqiqədə rəqibin qapısına təyin olunmuş penaltini dəqiq yerinə yetirə bilməyib. Bu nəticədən sonra 13 xala malik olan “Mançester Yunayted” dördüncü, 10 xalı olan “Aston Villa” isə yeddinci yerdə qərarlaşıb.

 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri