25 
Sen
2021
23:57
518
35
10895
Virtual karabakh

Mahir Emrelinin möhtəşəm qolu komandasını məğlubiyyətdən xilas etmədi – YENİLƏNİB+VİDEO

Polşa Ekstraklassasında IX turun oyunları davam edir.

Oxu.Az xəbər verir ki, Varşavanın “Legiya” klubu da növbəti matçına çıxıb.

Paytaxt təmsilçisi doğma meydanda “Rakuv”la qarşılaşıb.

Görüş qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. 

Millimizin hücumçusu Mahir Emreli komandasının qollarından birinə imza atıb.  

23:17

Polşa Ekstraklassasında IX turun oyunları davam edir.

Oxu.Az xəbər verir ki, Varşavanın “Legiya” klubu da növbəti matçına çıxıb.

Paytaxt təmsilçisi doğma meydanda “Rakuv”la qarşılaşıb.

Komandanın heyətində çıxış edən Azərbaycan millisinin hücumçusu Mahir Emreli qarşılaşmaya start heyətində başlayıb.

24 yaşlı hücumçu 34-cü dəqiqədə komandasının bərabərlik qoluna imza atıb.

Qeyd edək ki, hazırda görüşdə ikinci hissə oynanılır, “Legiya” məğlub olur – 1:3.

Mahir Emreli VIII turda “Lençna”ya 3:1 hesabı ilə qalib gəldikləri qarşılaşmada da fərqlənmişdi.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri