27 
Sen
2021
00:45
234
59
2639
Virtual karabakh

“Champions Chess Tour”: Şəhriyar Məmmədyarov Karlsenə Armaqedonda məğlub oldu

27 Sen, 2021
00:45
2639

“Champions Chess Tour”: Şəhriyar Məmmədyarov Karlsenə Armaqedonda məğlub oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun final mərhələsində II turun görüşləri keçirilib.

Azərbaycanlı qrossmeysterlərdən Teymur Rəcəbov ABŞ təmsilçisi Hikaru Nakamura ilə üz-üzə gəlib. 4 hissəlik görüşdə qalib müəyyənləşmədiyindən, tay-breyk oynanılıb. Bu zaman rəqib daha güclü olub.

Şəhriyar Məmmədyarov isə Maqnus Karlsenlə qarşılaşıb. Bu görüşdə isə qalib əsas hissə və tay-breykdə yox, Armaqedonda müəyyənləşib. Karlsen 4:3 hesabı ilə qalib gəlib.

18:15

Bu gün şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour”un final mərhələsinin II turunun oyunları keçiriləcək.

Yarışda Azərbaycanı qrosmeysterlərimiz Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təmsil edirlər.

İkinci turda Ş.Məmmədyarov Maqnus Karlsenlə qarşılaşacaq. T.Rəcəbov isə ABŞ təmsilçisi Hikaru Nakamura ilə üz-üzə gələcək. Görüşlər Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

I turda Şəhriyar Məmmədyarov Vesli So (ABŞ), Teymur Rəcəbov Vladislav Artemyevə (Rusiya) uduzub.

Qeyd edək ki, hər matçda dörd partiya oynanılır. Qalib müəyyənləşməsə, blits və Armaqedon görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Turnirin mükafat fondu 100 min ABŞ dollarıdır.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri