26 
Sen
2021
19:18
125
29
2119
Virtual karabakh

“Neftçi” “Sabah”a ümid vermədi - VİDEO

26 Sen, 2021
19:18
2119

“Neftçi” “Sabah”a ümid vermədi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbol üzrə Azərbaycan Premyer Liqasında V tur davam edir.

Oxu.Az xəbər verir ki, ikinci oyun gününün ilk matçı Masazırda baş tutub.

“Bank Respublika Arena”da təşkil olunmuş qarşılaşmada “Sabah” “Neftçi”ni qəbul edib.

Görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 2:1.

Matçda ilk qol 20-ci dəqiqəyə təsadüf edib - Ramon Maçado fərqlənib. Bu, Maçadonun ardıcıl ikinci matçda ikinci qolu olub.

Azarkeşlər ikinci qolu izləmək üçün 58 dəqiqə gözləməli olublar. Belə ki, 78-ci dəqiqədə əks-hücum qolla tamamlanıb - Mamadu Kane fərqlənib.

“Sabah”ın təsəlli qolunu isə 81-ci dəqiqədə baxımlı zərbə ilə Aleksey İsayev vurub.

Beləliklə, xalını 10-a çatdıran “Neftçi” 3-cü pilləyə yüksəlib. “Sabah” isə 1 xalla sonuncu pillədə qalıb.

Qeyd edək ki, V turun daha əvvəl keçirilmiş oyunlarında “Qarabağ” evdə “Keşlə” ilə heç-heçə edib - 1:1. “Zirə” isə səfərdə “Səbail”i məğlubiyyətə uğradıb - 2:1.

Tura “Sumqayıt” – “Qəbələ” görüşü ilə yekun vurulacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri