26 
Sen
2021
19:51
496
17
3068
Virtual karabakh

Daha bir cüdoçumuz Xorvatiyadan “qızıl”la qayıdır

26 Sen, 2021
19:51
3068

Daha bir cüdoçumuz Xorvatiyadan “qızıl”la qayıdır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xorvatiyanın paytxatı Zaqrebdə cüdo üzrə Qran Pri yarışları davam edir.

Oxu.Az xəbər verir ki, Azərbaycanın daha bir cüdoçusu yarışda qızıl medal qazanıb.

90 kq çəki dərəcəsində mübarizə aparan Məmmədəli Mehdiyev finalda Gürcüstan təmsilçisi Luka Maisuradze ilə qarşılaşıb.

Rəqibinə qalib gələn Mehdiyev qızıl medal qazanıb.

Beləliklə, iki cüdoçu ilə yarışa qatılan Azərbaycanın hər iki təmsilçisi Zaqreb Qran Prisində qızıl medal qazanıb.

Daha əvvəl Hidayət Heydərov (73 kq) hamıdan güclü olmuşdu.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri