26 
Sen
2021
23:21
159
16
2778
Virtual karabakh

Millimizin daha bir üzvü Polşada qol vurdu, onun da komandası uduzdu - VİDEO

26 Sen, 2021
23:21
2778

Millimizin daha bir üzvü Polşada qol vurdu, onun da komandası uduzdu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Polşa Ekstraklasasında IX turun oyunları keçirilir.

Oxu.Az xəbər verir ki, Polşada legioner həyatını davam etdirən Azərbaycan millisinin daha bir üzvü Anton Krivotsyukun çıxış etdiyi “Visla” (Plotsk) Vrotsvaf şəhərində “Şlonsk”la qarşılaşıb.

Oyun meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 3:1.

Start heyətində meydana çıxan Krivotsyuk 90 dəqiqə meydanda olub. Komandasının yeganə qolunu da 30-cu dəqiqədə millimizin müdafiəçisi vurub. Bu onun mövsümdə ikinci qoludur.

“Visla” hazırda 10 xalla 18 komanda arasında 10-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, millimizin daha bir üzvü, “Leqiya”nın hücumçusu Mahir Emreli ötən gün komandasının heyətində fərqlənsə də, onun da komandası məğlub olmuşdu.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri