27 
Sen
2021
16:46
263
17
2067
Virtual karabakh

Karateçilərimiz Olimpiadadan sonra ilk yarışına çıxır: Rafaelin çəkisində başqa Ağayev də mübarizə aparacaq

27 Sen, 2021
16:46
2067

Karateçilərimiz Olimpiadadan sonra ilk yarışına çıxır: Rafaelin çəkisində başqa Ağayev də mübarizə aparacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Karate millilərimiz Tokio Yay Olimpiya Oyunlarından sonra ilk yarışına çıxacaq.

Oxu.Az-ın xəbərinə görə, karateçilərimiz 1-3 oktyabr tarixlərində Rusiyanın paytaxtı Moskvada keçiriləcək Premyer Liqa yarışında iştirak edəcəklər.

Millilərimiz Olimpiadadan sonra ilk yarışına geniş heyətlə – 26 karateçi ilə yola düşəcək. Tokio Olimpiadasının gümüş medalçısı, beşqat dünya çempionu Rafael Ağayevin çəkisində gənc idmançı Fərid Ağayev də çıxış edəcək.

Kişilərin kumite yarışlarında 67 kq çəki dərəcəsində ən çox idmançı ilə təmsil olunacağıq: bu kateqoriyada 4 idmançımız medallar uğrunda mübarizə aparacaq. Gənclərdə ikiqat Avropa çempionu, bu ay MDB Oyunlarında gümüş medal qazanmış Əminağa Quliyevin böyüklərdə yarışı maraqla gözlənilir.

Həmçinin qadın kumite millimizdə Mədinə Sadıqova, Fidan Teymurova və Ayla Rzazadə kimi gənc perspektivli idmançılarımız yarışacaq. Kata üzrə isə Emin Namazov dördqat Avropa mükafatçısı Roman Heydərova rəqabət yaratmaq üçün yığmaya çağırılıb.

Kişilər (kumite): Əminağa Quliyev, Sultan Hüseynov, Hüseyn Məmmədli (hər üçü -60 kq), Tural Ağalarzadə, Hümmət Baxşəliyev, Rafiz Həsənov, Tale Yaqubov (hamısı -67 kq), Fərid Ağayev, Rafael Ağayev (hər ikisi -75 kq), Pənah Abdullayev, Turqut Həsənov (hər ikisi -84 kq), Asiman Qurbanlı, Orxan Heydərli, Əli Cəfərov (hər üçü +84 kq)

Qadınlar (kumite): Nuranə Əliyeva, Mədinə Sadıqova, Fidan Teymurova (hər üçü -50 kq), İlahə Qasımova (-55 kq), Ayla Rzazadə (-61 kq), İrina Zaretskaya (-68 kq), Fəridə Əliyeva (+68 kq)

Kişilər (kata): Roman Heydərov, Emin Namazov

Kişi (kata) millimiz: Rövşən Əliyev, Tural Balcanlı, İsmayıl Quliyev

Qeyd edək ki, karate millilərimiz 3-5 sentyabrda Misirin paytaxtı Qahirədə keçirilmiş Premyer Liqa yarışında iştirak etməyib. Həmçinin Mərakeşin paytaxtı Rabatda keçirilməli olan Premyer Liqa turniri koronavirus səbəbindən ləğv edilib. Bu səbəbdən də Moskvadakı yarış millimiz üçün Dubayda 16-21 noyabr tarixlərində keçiriləcək dünya çempionatı öncəsi əhəmiyyət kəsb edir. Burada özünü yaxşı tərəfdən göstərənlər dünya çempionatında iştirak etmək hüququ əldə edəcək.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri