28 
Sen
2021
12:06
132
25
3131
Virtual karabakh

“Çelsi”nin futbolçusu Sumqayıta oynamağa gəlir

28 Sen, 2021
12:06
3131

“Çelsi”nin futbolçusu Sumqayıta oynamağa gəlir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

21 yaşadək futbolçulardan ibarət Finlandiya yığmasının heyəti açıqlanıb.

Oxu.Az xəbər verir ki, 2023-cü ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində Azərbaycanla qarşılaşacaq şimallılara 23 oyunçu çağırılıb.

Baş məşqçi Yuha Malinen Azərbaycanla oyuna İngiltərədə çıxış edən futbolçuları da çağırıb. “Çelsi”nin və “Aston Vila”nın qapıçısı Lukas Berqströmlə Vilyami Sinisalo, həmçinin “Fulhem”də çıxış edən Teri Ablade yığmaya dəvət olunub.

Bundan başqa, heyətdə  İtaliyanın “Leççe”, Fransanın “Tuluza”, Almaniyanın “Hamburq” və “Frayburq” klublarında çıxış edən futbolçular var.

Qeyd edək ki, Finlandiya U-21 millisi oktyabrın 8-də Sumqayıtda yığmamızla, 4 gün sonra Tampere şəhərində Avstriya ilə görüşəcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri