Okt
2021
14:00
235
17
3864
Virtual karabakh

Azarkeşlərə müjdə: İTV möhtəşəm turniri göstərəcək - FOTO

1 Okt, 2021
14:00
3864

Azarkeşlərə müjdə: İTV möhtəşəm turniri göstərəcək - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İngiltərə Premyer Liqasının 2021/2022 mövsümünün mərkəzi oyunları İctimai Televiziyada (İTV) yayımlanacaq. 

Oxu.Az xəbər verir ki, bununla bağlı telekanal məlumat yayıb. 

Bildirilib ki, artıq yayımla bağlı razılıq əldə olunub. 

Anlaşmaya əsasən hər turun iki mərkəzi qarşılaşması İctimai Televiziya vasitəsilə canlı yayımda futbol azarkeşlərinə təqdim olunacaq.

“Premyer Liqa ilə bağlı yayımın əldə olunmasında bizi tərəfdaş olaraq seçdiyinə görə “Saran Holdinq”ə təşəkkürümüzü bildirir və bu əməkdaşlığın hər iki qurum üçün uğurlu olacağına inanırıq”, – məlumatda bildirilir.

Qeyd edək ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən bu razılığın əldə edilməsində telekanala ünvanlanan çoxsaylı müraciətlər, şirkətin sosial şəbəkə hesablarının mesaj qutularına yazılan minlərlə məktub və ümumiyyətlə premyer liqa oyunlarına böyük ictimai maraq nəzərə alınıb.

Beləliklə, bu həftənin şənbə günü oktyabrın 2-si saat 15:30-da başlayacaq “Mançester Yunayted” – “Everton” oyunu ilə İngiltərə Premyer Liqası Azərbaycan teleməkanına qayıdır. Bazar günü saat 19:30-dan başlayaraq isə futbol azarkeşləri “Liverpul”-“Mançester Siti” oyununu İctimai Televiziya vasitəsilə canlı izləyə bilərlər.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri