Okt
2021
23:01
749
35
6883
Virtual karabakh

“Champions Chess Tour”: Azərbaycan “derbi”sində Rəcəbov qalib gəldi - YENİLƏNİB

3 Okt, 2021
23:01
6883

“Champions Chess Tour”: Azərbaycan “derbi”sində Rəcəbov qalib gəldi - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Norveçli Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour”un final mərhələsinin VIII turunda Azərbaycan şahmatçıları Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov üz-üzə gəlib.

Görüş T.Rəcəbovun qələbəsi ilə yekunlaşıb - 2,5:1,5. 

İlk 3 partiya heç-heçə ilə yekunlaşıb. Yalnız sonuncu partiyada Rəcəbov qara fiqurlarla qalibiyyət əldə edib. Məmmədyarov 46-cı gedişdən sonra təslim olub. 

14:12

Bu gün norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour”un final mərhələsinin 8-ci turunun oyunları keçiriləcək.

Oxu.Az xəbər verir ki,  8-ci turda qrossmeysterlərimiz Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov üz-üzə gələcəklər.

Qeyd edək ki, ötən turun nəticələrinə görə, Teymur Rəcəbov 21 xalla 3-cü pillədə qərarlaşıb. Şəhriyar Məmmədyarov isə 9,5 xalla sonuncu yerdədir.

Turnir cədvəlinə Maqnus Karlsen 28,5 xalla liderlik edir.

Xatırladaq ki, hər matçda rapid üzrə dörd partiya oynanılır. Qalib müəyyənləşməsə, blits və Armageddon görüşlərinin oynanılması nəzərdə tutulur.

Turnirin mükafat fondu 100 min ABŞ dollarıdır.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri