Okt
2021
12:24
12
179
4443
Virtual karabakh

Mahir Emreli: “Ağrı hiss edirəm” - FOTO

4 Okt, 2021
12:24
4443

Mahir Emreli: “Ağrı hiss edirəm” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Düşünürəm ki, bu sual məşqçiyə verilməlidir. Məşqçi məndən hansı formada olduğumu və ümumi durumumu soruşdu. “Lester”lə qarşılaşmada hamı çox çalışdı. Mən də əlimdən gələni etdim və hələ də sümüklərimdə ağrı hiss edirəm. Amma yenə də baş məşqçinin qərarıdır. Bəzən məni ilk “11-lik”də meydana buraxacaq, bəzən yox. Sualınızın düzgün cavabını o verə bilər”.

Oxu.Az xəbər verir ki, bunu millimizin və Polşanın “Leqiya” klubunun futbolçusu Mahir Emreli ona tanınan oyun vaxtı ilə bağlı sualı cavablandırarkən deyib.

O, Polşa Ekstraklasasının Qdansk şəhərində “Lexiya” ilə keçirilən oyunda meydana sonradan daxil olmasından danışıb. Futbolçumuz fasilədə portuqaliyalı Rafa Lopesi əvəzləyib. Bununla belə, “Leqiya” səfərdə 1:3 uduzaraq çempionatda növbəti məğlubiyyətini alıb.

O, meydana gec daxil olmasını üç gündən bir oyun keçirmələri ilə əlaqələndirib:

“Özümü yaxşı hiss edirəm. Məşqçi oyundan əvvəl məndən soruşdu, özümü bir az yaxşı hiss etmədiyimi dedim. Amma yaxşı təsir bağışladığım matçlar da var. Bir az yorğunluq var idi, çünki bundan əvvəl biz də hər üç gündən bir çıxış edirdik. Üstəlik, Polşa kubokunda da bir görüş keçirmişdik. Ən azı mənim üçün çox uzun yol idi. Bu, yalnız məşq və ya matçlarla bağlı deyil. Bəzən oyunlara gedib-qayıtmaq üçün çox yol qət etməli oluruq. Bu da insanı yorur. Təbii ki, bu bir bəhanə deyil. Məşqçi nə vaxt heyətə daxil etsə, yüz faiz gücümüzlə oynamalıyıq”.

Qeyd edək ki, Mahir Emreli yeni komandasında artıq 10 qol vurub.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri