Okt
2021
15:32
488
17
5417
Virtual karabakh

Top şəhidin şəklinə dəydi, “Qəbələ”nin qapıçısı diqqət mərkəzinə düşdü - VİDEO

4 Okt, 2021
15:32
5417

Top şəhidin şəklinə dəydi, “Qəbələ”nin qapıçısı diqqət mərkəzinə düşdü - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Premyer Liqasının VI turunun “Qarabağ” – “Qəbələ” görüşündə duyğusal an yaşanıb.

Oxu.Az-ın xəbərinə görə, matçın gedişində “Qarabağ” komandasının futbolçularından birinin vurduğu zərbə vaxtı ilə “İmarət” azarkeş qrupunun fəal üzvü olmuş, şəhid Məhəmmədəli İbrahimlinin tribunadan asılmış bannerinə dəyib.

Həmin vaxt “Qəbələ”nin qapıçısı Nicat Mehbalıyev topun dəydiyi hissəni əlcəyi ilə təmizləməklə diqqət çəkib. Oyundan sonra “Qarabağ”ın “İmarət” azarkeş qrupunun üzvləri rəqib qapıçını yanına çağırmaqla onu alqışlayıb.

Qeyd edək ki, kəşfiyyatçı əsgər olan Məhəmmədəli İbrahimli ötən ilin oktyabrın 3-dən 4-nə keçən gecə döyüşdə ağır yaralansa da, bir həftə hospitalda müalicə aldıqdan sonra təkid edərək yenidən cəbhəyə qayıdıb. 13 oktyabrda Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub. Məhəmmədəli İbrahimli 15 dekabr 2020-ci ildə Sabunçu Şəhidlər Xiyabanında dəfn edilib.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri