Okt
2021
11:28
124
10
4328
Virtual karabakh

Teymur Rəcəbov və Şəhriyar Məmmədyarovun Karlsenin turnirindən qazancı neçə dollar oldu? - ARAŞDIRMA

5 Okt, 2021
11:28
4328

Teymur Rəcəbov və Şəhriyar Məmmədyarovun Karlsenin turnirindən qazancı neçə dollar oldu? - ARAŞDIRMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məlum olduğu kimi, şahmat üzrə onlayn Çempionlar Turu yarışının final mərhələsi başa çatıb.

Oxu.Az-ın xəbərinə görə, norveçli dünya çempionu Maqnus Karlsenin təşkilatçılığı ilə keçirilən turniri elə təşkilatçının özü qazanıb. Onun hələ oktyabrın 2-də Teymur Rəcəbova 1:3 uduzduğu görüşdə titula sahib olduğu öncədən bəlli olub.

Beləliklə, 31,5 xal toplayan Maqnus Karlsen 100 min dollara sahib çıxıb. 27 xalla ikinci yeri tutan Teymur Rəcəbov isə 60 min dollar qazanıb. 9,5 xalla sonuncu – onuncu olan Şəhriyar Məmmədyarov isə 5 min dollarla kifayətlənib.

Bununla da hər iki şahmatçımızın ötən ilin noyabrın 22-dən start götürmüş 10 mərhələli ümumi turnirdən qazandığı məbləğ bəlli olub. 7 mərhələdə iştirak etmiş və bir turnirin qalibi olmuş Teymur Rəcəbov 158 500 dollar + 5 468 dollar dəyərində kriptovalyuta qazanıb.

Cəmi 6 mərhələnin iştirakçısı olan Şəhriyar Məmmədyarov isə 33 500 dollar + 1823 dollar dəyərində kriptovalyuta əldə edib.

Qeyd edək ki, “FTX Crypto Cup” adlanan altıncı mərhələdə pulla bərabər kriptovalyuta da verilib. 

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri