Okt
2021
12:40
177
7
2733
Virtual karabakh

Mbappe: “Fransa millisindən getməyə hazıram”

5 Okt, 2021
12:40
2733

Mbappe: “Fransa millisindən getməyə hazıram”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransa millisinin və “Pari Sen-Jermen” (PSJ) komandasının 22 yaşlı hücumçusu Kilian Mbappe ictimaiyyət tərəfindən tənqid edildiyi son Avropa çempionatından sonra millidə oynamaqla bağlı fikirlərini bildirib.

“Fransa millisində iştirak üçün heç vaxt bir avro belə almamışam və milli komandamda həmişə pulsuz oynayacağam. Ancaq əsas olan odur ki, heç vaxt problem yaratmaq istəməmişəm.

Bir müddət problemə çevrildiyimi hiss etdim, digər insanlar da eyni şeyi hiss etməyə başladılar. Fransa milli komandasını məğlub edən səbəbin mənim eqom olduğu, daha çox şey istədiyim və mən olmasaydım komandanın qalib gələcəyi deyildi.

Ən əsası bu, Fransa yığmasıdır və komanda mənsiz daha xoşbəxtdirsə, getməyə hazıram.

Fransa Futbol Federasiyasının prezidenti Noel Le Qre ilə görüşdüm, bunu müzakirə etdik. Ona dedim ki, İsveçrə ilə oyunda qaçırdığım penaltiyə görə insanların məni “meymun” adlandırmasından narazıyam. Eyni zamanda, penaltini vura bilməməyimin mənim günahım olduğunu da inkar etmirəm”, - deyə Mbappe bildirib.

Qeyd edək ki, bu mövsümdə 22 yaşlı hücumçu Fransa Liqa 1-də 9 matçda forma geyinib. O, 3 məhsuldar ötürmə verib, 4 qol vurub. PSJ doqquz oyunda 24 xal toplayıb və Fransa Liqa 1-də 2021/22 mövsümündə birinci pillədə qərarlaşıb.

Mənbə: “L’Equipe”

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri