Okt
2021
21:25
322
53
2544
Virtual karabakh

Fərid Qayıbov: “Nazirlik klub sayının artırılmasında AFFA-ya kömək etməyə hazırdır”

5 Okt, 2021
21:25
2544

Fərid Qayıbov: “Nazirlik klub sayının artırılmasında AFFA-ya kömək etməyə hazırdır”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Təqdimat zamanı jurnalistlər ən çox futboldan soruşdular. Bu da normaldır. Çünki futbol bir nömrədir. Biz də istərdik ki, millimiz Avropa və dünya çempionatında iştirak etsin”.

Bunu gənclər və idman naziri Fərid Qayıbov “CBC Sport” telekanalında yayımlanan "Təkbətək" verilişində qonaq olarkən deyib.

Nazir bildirib ki, son illər yerli klublar - xüsusilə “Qarabağ” və “Neftçi” avrokuboklardakı nəticələri ilə azarkeşləri sevindirir: “Amma istərdik ki, milli komandamız da final mərhələsində iştirak etsin. Bunu AFFA da istəyir. İşlər gedir. Orada da müəyyən çətinliklər var. Əsas məsələ komanda sayının azlığıdır. Bu say artmalıdır.

Orada müzakirə etdiyimiz problemlərdən biri də bu oldu. Klublarımızın sayının artması futbolumuzun inkişafında rol oynayacaq. Amma sistemin necə qurulması barədə düşünməli və qərar çıxarmalıyıq. Nazirlik bu işdə AFFA-ya kömək etməyə hazırdır”.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri