Okt
2021
13:20
101
20
1540
Virtual karabakh

Mahir Məmmədov: “Shamkir Chess”in keçirilməsi üçün maliyyə mənbəyi barədə ciddi fikirləşməliyik”

6 Okt, 2021
13:20
1540

Mahir Məmmədov: “Shamkir Chess”in keçirilməsi üçün maliyyə mənbəyi barədə ciddi fikirləşməliyik”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Shamkir Chess” turnirinin gələn il keçiriləcəyinə böyük istəyimiz və ümidimiz var”.

Bunu Oxu.Az-a Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov deyib.

O, mərhum şahmat qrossmeysterimiz Vüqar Həşimovun xatirəsinə həsr edilən və Şəmkir şəhərində keçirilən məşhur turniri yenidən bərpa etmək barədə düşündüklərini bildirib:

“Bunun üçün ilk növbədə ölkəmizdə və dünyada pandemiya ilə bağlı durumu nəzərə almalıyıq. İkincisi də ki, turnirin keçirilməsi üçün maliyyə mənbəyi barədə ciddi fikirləşməliyik”.

Qeyd edək ki, Maqnus Karlsen, Fabiano Karuana, Hikaru Nakamura, Vesli So, Vişvanatan Anand, Vladimir Kramnik, Sergey Karyakin, Aniş Qiri, Maksim Vaşye-Laqrav, Veselin Topalov, Dinq Liren kimi məşhur şahmat ulduzlarının iştirak etdiyi “Shamkir Chess” turniri 6 dəfə – 2014-2019-cu illərdə keçirilib. 2016 və 2017-ci illərdə Şəhriyar Məmmədyarov, digər 4 turnirdə norveçli dünya çempionu Maqnus Karlsen qalib olub.

2019-cu ildə keçirilən sonuncu turnir SOCAR və Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə keçirilib. Turnirin qalibinə 100 min avro təqdim olunurdu.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri