Okt
2021
15:16
29
237
2381
Virtual karabakh

Dünya çempionatında qadın güləşçilərimiz də qızıl medalsız qaldı

6 Okt, 2021
15:16
2381

Dünya çempionatında qadın güləşçilərimiz də qızıl medalsız qaldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında bu gün Azərbaycanın son qadın güləşçisi də erkən məğlubiyyətlə barışmalı olub.

Oxu.Az xəbər verir ki, 59 kq çəki dərəcəsində çıxış edən Alyona Kolesnikin 1/8 finalda belaruslu Kristina Sazıkina ilə qarşılaşıb.

Ukrayna əsilli güləşçimiz rəqibinə 4:8 hesabı ilə uduzub.

Qeyd edək ki, dünən Azərbaycanın daha iki qadın güləşçisi – Türkan Nəsirli (50 kq) və Elis Manolova (65 kq) ilk görüşdəcə uduzaraq, mübarizəni dayandırıb.

Xatırladaq ki, daha əvvəl 2 sərbəst güləşçimiz – Əbubəkr Abakarov (86 kq) və Osman Nurməhəmmədov (92 kq) ən yaxşı halda bürünc medal qazana bilib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri