Okt
2021
17:08
226
47
4867
Virtual karabakh

Tailand “Meymun”u azərbaycanlı “Dəmir qız”a qarşı - FOTO

6 Okt, 2021
17:08
4867

Tailand “Meymun”u azərbaycanlı “Dəmir qız”a qarşı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanlı qadın MMA döyüşçüsü Suad Səlimova bu il ilk döyüşünü keçirəcək.

Oxu.Az-ın xəbərinə görə, Niderlandın Levels Fight League (LFL) turniri çərçivəsində keçiriləcək döyüşdə onun rəqibi Niderland doğumlu, ancaq Tailandı təmsil edən Noell Qronjon olacaq.

Atası fransız, anası tailandlı olan və “Meymun” ləqəbinə malik olan Qronjon keçmiş peşəkar cüdoçudur. O, 2018-ci ildə Niderland çempionu olub. 2019-cu ildə Antalya Qran Prisi və Paris Böyük Dəbilqə yarışlarında isə Tailandı təmsil edib. 25 yaşlı idmançı muay tay (Tailand kikboksinqi) ilə də məşğul olub. O, 2019-cu ildə Sinqapurda keçirilmiş, həvəskar MMA yarışı sayılan GAMMA (Global Association of Mixed Martial Arts) turniri üzrə dünya çempionu adına yiyələnib. Bu onun ilk peşəkar MMA döyüşü olacaq.

Kikboksinqin WKA versiyası üzrə Avropa çempionatının gümüş medalçısı olmuş Suad Səlimova isə artıq üçüncü peşəkar MMA döyüşünə çıxacaq. “Dəmir qız” (Iron Girl) ləqəbli Suad Niderlandda hazırlıq keçib. O artıq bu döyüşlə MMA-da ilk qələbəsini qazanmaq istəyir. Suad daha əvvəl 2018-ci ildə Maria Vittoria Kolonnaya (İtaliya), ötən il isə Katarina Dalisdaya (Almaniya) uduzub. “Dəmir qız” hər iki görüşündə hakimlərin qərarına əsasən məğlub olub.

Qeyd edək ki, 11 döyüşün baş tutacağı LFL-3 turniri oktyabrın 10-da keçiriləcək. Niderlandda keçiriləcək döyüşdə Suad Səlimova oktaqona gecənin ikinci döyüşünün iştirakçısı kimi çıxacaq.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri