Okt
2021
21:38
364
13
3583
Virtual karabakh

Yunan-Roma güləşçilərimizdən dünya çempionatında iki final - YENİLƏNİB

7 Okt, 2021
21:38
3583

Yunan-Roma güləşçilərimizdən dünya çempionatında iki final - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Güləşçilərimizdən Sənan Süleymanovla Rafiq Hüseynov yarımfinal görüşlərində qalib gələrək finala çıxıb.

Eldəniz Əzizli isə ardıcıl ikinci dəfə dünya üçüncülüyü uğrunda mübarizə aparacaq.

17:38

Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatına yunan-Roma güləşçilərimiz uğurlu start verib.

Oxu.Az xəbər verir ki, Eldəniz Əzizli ilk görüşdə Ukraynanı təmsil edən erməni əsilli rəqibindən güclü olub – 6:0. Dünya və Avropa çempionumuz daha sonra Qırğızıstan güləşçisinə şans tanımayıb (10:1) və yarımfinala yüksəlib. Onun 1/2 finaldakı rəqibi Ken Matsui (Yaponiya) olacaq.

Ülvü Qənizadə startda Almaniya güləşçisiylə qarşılaşıb. Hesabda 1:6 geriyə düşən həmyerlimiz möhtəşəm geridönüş edərək 9:6 hesabı ilə əzmkar qələbə qazanıb. Ülvü Gürcüstan pəhləvanıyla gərgin mübarizə şəraitində keçən görüşdə də sevinən tərəf olub – 4:3. Ancaq 1/4 finalda iranlı rəqibinə 0:9 uduzub.

Sənan Süleymanov ilk mərhələdə Qırğızıstan idmançısına tam üstünlüklə qalib gəlib. Gənc pəhləvanımız Tacikistandan olan həmkarına da heç bir şans tanımayıb. Hər iki rəqibinə 9:0 hesabı ilə qalib gəlmiş Süleymanov alman rəqibinə də eyni aqibəti yaşadaraq (10:2) karyerasında ilk dəfə dünya çempionatının yarımfinalına adlayıb. Onun 1/2 finaldakı rəqibi Timur Berdiyev (Belarus) olacaq.

Rafiq Hüseynov əvvəlcə Estoniya güləşçisini vaxtından əvvəl üstələyib – 9:0. Qırğızıstan idmançısı da təcrübəli güləşçimiz qarşısında tab gətirməyib (1:11). İsveçli dünya ikincisi və Avropa üçüncüsü Aleks Kessidislə görüş dramatik alınıb. Rafiq ilk hissəni 0:6 hesabıyla başa vurub. İkinci yarıda əsl əzmkarlıq nümayiş etdirən Hüseynov güclü rəqibinə minimal fərqlə qalib gələrək yarımfinala vəsiqə qazanıb – 7:6. Onun 1/2 finaldakı rəqibi Adlan Akiyev (Rusiya) olacaq.

Yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə saat 18:45-də başlayacaq.

10:32

Norveçin paytaxtı Osloda güləş üzrə dünya çempionatı davam edir.

Oxu.Az xəbər verir ki, altıncı yarış günündə 55, 72, 77 və 82 kq-da çıxış edən yunan-Roma güləşçiləri xalçaya çıxacaq.

Dünya və Avropa çempionumuz Eldəniz Əzizli ilk görüşündə Ukrayna ermənisi Koriun Sahradyanla qarşılaşacaq.

55 kq
1/8 final Eldəniz Əzizli – Koriun Sahradyan (Ukrayna)

72 kq
1/16 final Ülvü Qənizadə – İdris İbayev (Almaniya)

77 kq
1/16 final Sənan Süleymanov – Kayratbəy Tuqolbayev (Qırğızıstan)

82 kq
1/16 final Rafiq Hüseynov – Ranet Kalyola (Estoniya)

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri