Okt
2021
17:15
98
8
1274
Virtual karabakh

Belçikada karantinə alınan futbolçularımız barədə sabah qərar qəbul ediləcək

7 Okt, 2021
17:15
1274

Belçikada karantinə alınan futbolçularımız barədə sabah qərar qəbul ediləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində keçirməli olduğu oyunlarla bağlı AFFA ilə UEFA arasında telefon rabitəsi vasitəsilə məsləhətləşmələr aparılır.

Oxu.Az xəbər verir ki, qəbul olunacaq yekun qərar barədə sabah məlumat veriləcək.

Məsləhətləşmə seçmə mərhələdə çıxış etmək üçün hazırda Belçikada olan yığmamızın üç futbolçusunun – Həmzəalı Mikayılov (“Sabah”), Adəm Topalov (“Səbail”) və İbrahim Ağayarovun (“Qarabağ”) koronavirusa yoluxması və bu səbəbdən Norveçlə görüşün təxirə salınması ilə bağlı olub. 

Məsələ burasındadır ki, Belçikanın daxili qanunlarına əsasən, millimizin üzvləri hazırda qaldıqları hoteldə karantin rejimindədir.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri