Okt
2021
16:52
16
89
1338
Virtual karabakh

AFFA-dan “Sabah”a cərimə və xəbərdarlıq sanksiyası

7 Okt, 2021
16:52
1338

AFFA-dan “Sabah”a cərimə və xəbərdarlıq sanksiyası

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

AFFA İntizam Komitəsinin bu gün növbəti iclası keçirilib.

Oxu.Az xəbər verir ki, komitə Azərbaycan Premyer Liqasının VI turunda keçirilən matçlarda qeydə alınmış neqativ hallara hüquqi qiymət verib.

Çempionatın autsayderi “Sabah” səfərdə “Keşlə”yə məğlub olmaqla yanaşı, həm də cərimələnib. Həmin qarşılaşmada dörd futbolçusu sarı vərəqə aldığı üçün Bakı klubu 800 manat cərimə ödəməli olacaq.

Bundan başqa, “Sabah”ın bəzi rəsmi şəxsləri “A” buraxılış vərəqəsindən istifadə etmədiyinə görə klub 800 manat cərimə olunub. Mətbuat konfransı zamanı baş məşqçi Ramin Quliyev hakimlərin idarəçiliyinə qarşı iradlarla çıxış etdiyi üçün isə bakılılara xəbərdarlıq olunub.

“Zirə” – “Sumqayıt” qarşılaşmasında isə meydan vaxtında sulanmadığı üçün ev sahibi 800 manatlıq cəriməyə məruz qalıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri