Okt
2021
23:28
219
36
5274
Virtual karabakh

Futbol millimiz Sumqayıtda Finlandiyanı büdrətdi - FOTO

8 Okt, 2021
23:28
5274

Futbol millimiz Sumqayıtda Finlandiyanı büdrətdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması AVRO-2023-ün seçmə mərhələsində Finlandiya ilə qarşılaşıb.

Oxu.Az xəbər verir ki, bu, Milan Obradoviçin yetirmələrinin ilk ev sınağı olub. 

Bunadək səfərdə Xorvatiyaya 0:2, Avstriyaya 0:6 hesabı ilə uduzan yığma uğursuz seriyaya son qoyub.

Komandamız Sumqayıtdakı “Kapital Bank Arena”nı bir xalla tərk edib – 1:1. 66-cı dəqiqədə “Fulhem”in hücumçusu Teri Ablade qırmızı vərəqə alsa da, millimiz 9 dəqiqə sonra qapısında qol buraxıb. Bununla belə, U-21 millimizi Rauf Hüseynlinin 86-cı dəqiqədə vurduğu top məğlubiyyətdən xilas edib.

Qeyd edək yığmamız hazırda A qrupunda 1 xalla beşinci sıradadır.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri