Okt
2021
09:52
63
74
3248
Virtual karabakh

Futbol millimizə texniki məğlubiyyət verilə bilər

9 Okt, 2021
09:52
3248

Futbol millimizə texniki məğlubiyyət verilə bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığması Avropa çempionatının seçmə mərhələsində iştirak etməyəcək.

Oxu.Az xəbər verir ki, bu addım yığmanın heyətində 3 futbolçunun – Həmzəalı Mikayılov (müdafiəçi, “Sabah”), Adəm Topalov (yarımmüdafiəçi, “Səbail”) və İbrahim Ağayarovun (yarımmüdafiəçi, “Qarabağ”) koronavirusa yoluxması ilə bağlı atılıb.

AFFA ilə UEFA arasında aparılan danışıqlar, milli assosiasiyanın Texniki departamentinin verdiyi rəy, komandanın bir neçə gün ərzində karantin rejimi ilə əlaqədar məşq edə bilməməsi nəzərə alınaraq, qarşılıqlı razılaşma əsasında seçmə mərhələdə çıxış etməməsi qərara alınıb.

Yaxın günlər ərzində UEFA tərəfindən milliyə Norveç, Belçika və Lüksemburqla oyunlarda texniki məğlubiyyət verilməsi haqqında qərar qəbul oluna bilər.

Qeyd edək ki, hazırda Belçikada olan Azərbaycan millisinin koronavirusa yoluxmuş üzvləri olduqları ölkənin daxili qanunları nəzərə alınaraq, qaldıqları hoteldə karantin rejimindədirlər.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri