Okt
2021
17:40
387
9
1464
Virtual karabakh

Məşhur cüdoçular şəhid övladı ilə görüşdülər - FOTO

Azərbaycan Cüdo Federasiyasının təlim-məşq bazasında Vətən müharibəsi zamanı Füzuli rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Elşən Musayevin oğlu, cüdoçu Hüseyn Musayev ilə görüş keçirilib.

Oxu.Az xəbər verir ki, cüdoda Azərbaycanın məşhur Rəcəbli nəslinin nümayəndəsi Cəsur Rəcəblinin təşkil etdiyi tədbirdə Hüseynin atası, şəhid Elşən Musayevin müharibədə göstərdiyi rəşadətdən və keçdiyi qəhrəmanlıq yolundan geniş söhbət açılıb.

Sonra milli komandamızın baş məşqçisi Mövlud Mirəliyev Hüseyn balamıza xatirə hədiyyələri təqdim edib. Onu tanınmış və öndə gedən cüdoçularımız, eləcə də milli komandanın məşqçilər korpusu ilə tanış edib. Mövlud Mirəliyev balaca cüdoçumuza gələcək həyatında böyük uğurlara imza atmağı və Azərbaycanımızın idman şərəfini daim layiqincə təmsil etməyi arzulayıb. Daha sonra şəhid övladı ilə xatirə şəkli çəkdirilib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri