12 
Okt
2021
18:45
281
22
6477
Virtual karabakh

Mahir Emrelinin üçüncü testinin cavabı bəlli olub

12 Okt, 2021
18:45
6477

Mahir Emrelinin üçüncü testinin cavabı bəlli olub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan millisinin və Polşa “Legiya"sının futbolçusu Mahir Emrelidən koronavirusla bağlı götürülmüş növbəti testin nəticəsi bəlli olub.

Bu barədə “Report”a 24 yaşlı hücumçunun anası Elnurə Emreli məlumat verib. Onun sözlərinə görə, forvardın 3-cü analizinin cavabı da mənfi çıxıb.

M.Emrelinin 2-ci testi də neqativ olub.

Qeyd edək ki, AFFA Mahir Emrelinin Serbiyaya qarşı DÇ-2022-nin seçmə oyunundan əvvəl ilk testinin müsbət çıxdığını və UEFA-nın tətbiq etdiyi tibbi protokola uyğun olaraq həmin qarşılaşmanı buraxacağını açıqlayıb. Varşava təmsilçisinin Mətbuat xidmətinin rəhbəri İzabela Kruq ikinci testin mənfi olduğunu diqqətə çatdırıb.

Xatırladaq ki, bu gün Belqraddakı “Rayko Mitiç” stadionunda keçiriləcək Azərbaycan - Serbiya oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri